Dadaşovun ayağı “Proyssen” üçün düşərli oldu

11:34 8 Avqust 2018

Futbol üzrə Almaniya 3-cü Liqasında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. Futbolçumuzun komandası səfərdə “Kayzerslautern”lə qarşılaşıb. Münster klubu bu oyundan qəbələ ilə ayrılıb – 2:1.

 

Rüfət də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 63-cü dəqiqəsində, komandası 0:1 hesabıyla məğlub durumda olarkən meydana çıxıb. “Proyssen” məhz futbolçumuzun meydanda olduğu dəqiqələrdə 2 qol vurmaqla əzmkar qələbəyə sevinib.

 

Dadaşovun komandası 3 turdan sonra 6 xalla 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti