ÇL və AL-in oyunları yeni kanalda

11:50 8 Avqust 2018

“CBC Sport” telekanalı 4 mühüm yarışın teleyayım hüququna yiyələnib.

 

Sprotarena.az xəbər verir ki, telekanaldan verilən məlumata görə, bunlar Çempionlar Liqası, Avropa Liqası, UEFA Millətlər Liqası və İspaniya La Liqasıdı.

 

Bundan başqa, telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın "Real” (Madrid) və "Atletiko" (Madrid) komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda görüşü də yayımlayacaq. Müqavilə 2018-2019 mövsümündən qüvvəyə minəcək.

 

AÇ-2020 və DÇ-2022-nin seçmə mərhələ oyunlarını da məhz sözügedən telekanal Azərbaycan tamaşaçılarına təqdim edəcək.

 

Telekanaldan həmçinin bildirilib ki, "CBC Sport" daha bir neçə mühüm yarışın yayım hüququ ilə bağlı yaxın vaxtlarda müqavilələr imzalayacaq.

 

Qeyd edək ki, bunadək avrokubokların qrup mərhələsinin oyunları və La Liqanı "İdman Azərbaycan" yayımlayıb. Millətlər Liqası isə yeni yarışdı və sentyabrdan start götürəcək.


Digər xəbərlər

Xəbər xətti