Kurtua "Real"da

10:31 9 Avqust 2018

İspaniyanın “Real” klubu günlərdi gözlənilən transferi nəhayət ki, rəsmən açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi Belçika yığmasının qapıçısı Tibo Kurtuanı heyətinə qatıb. Bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. İngiltərənin “Çelsi” klubundan transfer edilən 26 yaşlı qolkiperin tezliklə tibbi müayinədən keçəcəyi və 6 illik müqaviləyə imza atacağı açıqlanıb. İspaniya mətbuatının yazdığına görə, bu transfer qarşılığında “Real” “Çelsi”yə 35 milyon avro təzminat ödəyəcək.

 

Kurtua “Çelsi”yə 2011-ci ildə ölkəsinin “Genk” klubundan transfer edilmşdi. O, London klubunun heyətində 154 oyuna çıxıb, 58 qarşılaşmada qapısından qol buraxmayıb, bütövlükdə 152 qola əngəl ola bilməyib.


Xəbər xətti