Ramil Şeydayev seçim qarşısında

11:19 10 Avqust 2018

“Trabzonspor”la yollarını ayıran Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Avstriyada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı hücumçu Bundesliqada çıxış edən “Mattersburq”la anlaşıb. Onunla bu həftə ərzində müqavilə bağlanılacağı gözlənilir.

 

Türkiyə mətbuatı isə Ramilin Rusiya Premyer Liqa təmsilçisi "Krılya Sovetov"la danışıqlar apardığını yazıb.

 

Ramil Şeydayev 2016-2017 mövsümündə 170 min avro müqabilində Rusiyanın "Zenit" komandasından "Trabzonspor"a keçmişdi. O, 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib. Ağdam təmsilçisindən öncə isə Ramil Slovakiyanın “Jilina” klubunda icarədə oynayıb. Hər iki halda “Trabzonspor” millimizin üzvünü pulsuz icarəyə verib.


Xəbər xətti