"Fənərbaxça" "Lester"in futbolçusunu transfer etdi

17:57 10 Avqust 2018

"Fənərbaxça" hücum xəttini gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi "Lester Siti" ilə İslam Slimaninin keçidində anlaşma əldə edib. Əlcəzair millisinin üzvü "sarı-lacivərdlilər"də 1 illik icarə əsasında çıxış edəcək. 30 yaşlı hücumçu müqavilə bağlamaq üçün İstanbula yola düşüb.

 

Qeyd edək ki, Slimani 2016-cı ildə "Sportinq"dən "tülkülər"ə 28 milyon funt-sterlinqə keçib.


Xəbər xətti