Futbolçumuzun oyununda "qol yağışı"

12:41 11 Avqust 2018

Çexiyanın futbol üzrə gənclər liqasında 1-ci turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Sparta” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:5. Nəbiyev də bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

 

“Slaviya”nın U-21 komandası hazırda 3 xalla 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti