Futbolçumuz fərqləndi, komandası 9 qolla qalib gəldi

14:35 12 Avqust 2018

Futbol üzrə Latviya birinci liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Qrobinas”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 9:0.

 

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.

 

Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda da fərqlənməyi bacarıb. O, matçın 32-ci dəqiqəsində penaltidən rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 13-ə çatdırıb.

 

“Dauqavpils” isə 13 turdan sonra 28 xalla ikinci pillədə qərarlaşıb.


Xəbər xətti