"Atletiko"nun kapitanı MY-nin təklifini niyə rədd edib?

19:54 16 Avqust 2018

"Atletiko"nun futbolçusu Dieqo Qodin "Mançester Yunayted"in təklifini rədd edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçinin özü məlumat verib. O bildirib ki, İngiltərə yay transfer pəncəsərinin son günü - avqustun 10-u "qırmızı şeytanlar"dan təklif alsa da, bunu müsbət cavablandırmayıb. Komandanın kapitanı şəxsi səbəblərdən Madrid klubunda qalmağa qərar verdiyini bildirib.

 

Qeyd edək ki, Qodin bu ay "Atletiko" ilə yeni müqavilə imzalayıb.


Xəbər xətti