"Keşlə" qapıçı transfer etdi

12:21 17 Avqust 2018

Orxan Sadıqlının "Sumqayıt"a transfer olunmasından sonra qapıçı axtarışında olan "Keşlə" bu istəyinə çatıb.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Davud Kərimi ilə razılıq əldə edib. Xəbəri "Keşlə”nin meneceri Eldəniz Yusifov da təsdiqləyib. O bildirib ki, Davud Kərimi ilə yaxın günlərdə müqavilə imzalanacaq. (Azərbaycan radiosu)

 

Qeyd edək ki, Kərimi son olaraq "Kəpəz"də forma geyinmişdi.


Xəbər xətti