BATE baş məşqçisi ilə bağlı qərarını verdi

13:08 17 Avqust 2018

Belarusun BATE klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ”ın mübarizədən kənarlaşdırılmasından sonra Aleksey Baqa ilə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı mütəxəssisin baş məşqçi təyinatı təsdiqlənib. Klub rəhbərliyi indiyə qədər bu vəzifəni müvəqqəti icra edən Baqa ilə yollarını davam etdirəcək.

 

Qeyd edək ki, iki oyunun nəticəsinə görə (1:0, 1:1) "Qarabağ"ı üstələyən Borisov təmsilçisi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti