"Neftçi" stadionuna nə vaxt qovuşur?

16:13 17 Avqust 2018

"Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci km stadionunun öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir.

 

Sportarena.az xəbər verir ki, bu prosesin avqustun 19-da baş tutacaq ilk ev matçınadək bitməsi nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib. Bununla belə, "Neftçi” bu mövsüm ikinci ev oyununu 8-ci km stadionunda keçirəcək. “Ağ-qaralar” sentyabrın 16-da "Keşlə”ni məhz bu stadionda qəbul edəcək.

 

Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” - "Qəbələ” oyunu saat 18:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti