"Səbail" sabiq futbolçusunu transfer etdi

12:52 21 Avqust 2018

Ötən mövsümün ikinci yarısını icarə əsasında "Səbail"də keçirmiş Yevgeni Koçuk yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək.

 

Sportarena.az xəbər verir ki, “Jilina” (Slovakiya) ilə müqaviləsini pozan 25 yaşlı futbolçu azad agent statusunda “Səbail”ə qoşulacaq.

 

2017-2018 mövsümünün ikinci yarısında “Səbail”də çıxış etmiş Koçuk Moldova millisinin də üzvüdür. O, Moldova yığmasında 10 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti