"Sumqayıt" legioner transfer etdi

13:52 23 Avqust 2018

"Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa klubu Türkiyə əsilli almaniyalı futbolçu Atilla Yıldırımı heyətinə qatıb. 28 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan Atilla peşəkar karyerasına Hollandiyanın digər klubu “Utrext”də başlayıb. Lakin 2011-ci ildən etibarən Türkiyənin “Kasımpaşa” klubunda oynamağa başlayan futbolçu sonrakı illərdə bu ölkənin “Konyaspor”, “Bucaspor”, “Şanlıurfaspor”, “Elazığspor”, “Kocaeli Birlik Spor”, “Sivas Bələdiyyəspor”, “Nazilli Bələdiyyəspor” komandalarının da formasını geyinib. 2017-ci ildən etibarən isə o, yenidən Hollandiyanın “Maastrixt” klubunda çıxış edirdi.


Xəbər xətti