AL: Pley-off oyunları başladı - YENİLƏNİB

01:31 24 Avqust 2018

Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasında çıxışını başa vuran Azərbaycan çempionu "Qarabağ" da mübarizəni Avroliqada davam etdirir. Ağdam klubu bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Moldova “Şerif”i ilə mübarizə aparır. Komandamız ilk oyunda bu rəqibinə minimal hesabla uduzub.

 

Təmsilçimzin oyunundan başqa, bu gün daha 20 qarşılaşma baş tutub. Yığmamızın üzvü Riçard Almeydanın şərəfini qoruduğu Qazaxıstanın “Astana” klubu da Ağdam təmsilçisi kimi, ilk oyunda Kipr APOEL-inə minimal hesabla uduzub. Türkiyənin “Beşiktaş” klubu isə səfərdə Serbiya “Partizan”ı ilə heç-heçəyə razılaşıb.

 

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları avqustun 30-da keçiriləcək.

 

Avropa Liqası, pley-off mərhələsi

23 avqust

Torpedo (Kutaisi, Gürcüstan) - Ludoqorets (Bolqarıstan) 0:1

Zenit (Rusiya) - Molde (Norveç) 3:1

Trençin (Slovakiya) - AEK (Larnaka, Kipr) 1:1

APOEL (Kipr) - Astana (Qazaxıstan) 1:0

Şerif (Moldova) - Qarabağ (Azərbaycan) 1:0

Siqma (Çexiya) - Sevilya (İspaniya) 0:1

Suduva (Litva) - Seltik (Şotlandiya) 1:1

Sarpsborq (Norveç) - Makkabi (Təl-Əviv, İsrail) 3:1

Malmö (İsveç) - Midtyulland (Danimarka) 2:2

Atalanta (İtaliya) - Kopenhagen (Danimarka) 0:0

Bazel (İsveçrə) - Apollon (Kipr) 3:2

Düdelanj (Lüksemburq) - ÇFR Kluj (Rumıniya) 2:0

Olimpiakos (Yunanıstan) - Bernli (İngiltərə) 3:1

Genk (Belarus) - Brondbü (Danimarka) 5:2

Olimpiya (Sloveniya) - Spartak (Trnava, Slovakiya) 0:2

Partizan (Serbiya) - Beşiktaş (Türkiyə) 1:1

Rapid (Avstriya) - Styaua (Rumıniya) 3:1

Zarya (Ukrayna) - Leyptsiq (Almaniya) 0:0

Gent (Belçika) - Bordo (Fransa) 0:0

Reyncers (Şotlandiya) - Ufa (Rusiya) 1:0

Rusenborq (Norveç) - Şkendiya (Makedoniya) 3:1


Digər xəbərlər

Xəbər xətti