"Şerif"in baş məşqçisi: "Komandamız xarakter göstərdi"

11:10 24 Avqust 2018

“Qarabağ” dünən Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Şerif”lə (Moldova) qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, “Şerif”in baş məşqçisi Qoran Sabliç minimal hesablı qələbə qazandıqları ilk matçdan sonra açıqlama verib. O, ikinci qolu vura bilmədikləri üçün təəssüfləndiyini deyib:

 

"Komandamı qələbə münasibətiylə təbrik edirəm. Oyunun bizim üçün çətin olacağını bilirdik. "Şerif" üçün ötən müddətdə də ağır oyunlar olmuşdu. İslandiya "Valyur"u ilə Avropa Liqasının 3-cü təsnifat mərhələsinin görüşlərini və "Milsami" ilə ölkə çempionatı matçlarını nəzərdə tuturam. Hazırlıq üçün vaxtımız çox az idi. Futbolçularım bu oyunda bütün istəklərimi yerinə yetirdi. Taktiki cəhətdən yaxşı çalışdıq, oyun intizamı lazımi səviyyədə idi. Əlbəttə, ikinci qolu vurmamağımıza təəssüflənirəm. Topa yiyələnmənin "Qarabağ"ın tərəfində olacağını gözləyirdik. Sürətli hücum və əks-hücum üçün məqam gözləyirdik. Fikrimcə, bu, pis alınmadı. Lakin ikinci qolu vurmaq üçün imkanlardan yararlana bilmədik. İlk görüşdə komandamız xarakter göstərdi. Belə oyunu davam etdirməliyik".

 

Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti