Premyer Liqada 2-ci turun rəmzi komandası açıqlandı

11:57 24 Avqust 2018

Topaz Premyer Liqasının 2-ci turunun rəmzi komandası açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, rəmzi heyətdə "Qarabağ"ın 5 futbolçusu yer alıb. Bunlar qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Yakub Jezniçakla Abbas Hüseynov və yarımmüdafiəçi Mahir Mədətovla Filip Ozobiçdir.

 

Rəmzi komandada "Neftçi", "Zirə", "Qəbələ" və "Səbail"dən heç bir oyunçu yer almayıb.


Xəbər xətti