"Milan"da yeni kapitan

18:14 24 Avqust 2018

"Milan"ın yeni kapitanı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bundan sonra kapitanlıq sarğısını 23 yaşlı müdafiəçi Alessio Romanyoli daşıyacaq. İtaliya millisinin üzvü 2015-ci ildən "Milan"da çıxış edir.

 

Qeyd edək ki, ötən mövsüm "rassonyerlər"in kapitanı Leonardo Bonuççi idi. O, yayda sabiq komandası "Yuventus"a qayıtdığından "Milan"a yeni kapitan seçilib.


Xəbər xətti