"Qarabağ" - "Şerif" matçının hakimləri açıqlandı

10:32 25 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Moldovanın “Şerif” klubu arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA Bakıda baş tutacaq bu görüşü Makedoniyadan olan hakimlər briqadasına həvalə edib.

 

Qarşılaşmanın baş hakimi Aleksandr Stavrev olacaq. Ona yan xətt hakimləri Maryan Kirovski ilə Deyan Kostadinov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dimitar Meçkarovski yerinə yetirəcək.

 

Qeyd edək ki, “Qarabağ” Moldovada keçirilmiş ilk oyunda bu rəqibinə 0:1 hesabıyla məğlub olub. Avqustun 30-dan Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.

 

Qarabağ - Şerif
Hakimlər: Aleksandr Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski.
Hakim-inspektor: Yohan Verbist (Belçika).
UEFA nümayəndəsi: Yevgeņi Miļevski (Latviya).


Digər xəbərlər

Xəbər xətti