"Qarabağ"ın futbolçusu milliyə çağırıldı

16:47 25 Avqust 2018

“Qarabağ”ın qapıçısı Hannes Halldorson İslandiya yığmasına dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Baş məşqçi Erik Hamrenin açıqladığı 23 nəfərlik siyahıda Ağdam klubunun bu yay transfer etdiyi 34 yaşlı qapıçı da var.

 

Qeyd edək ki, İslandiya yığmasını qarşıda UEFA Millətlər Liqası çərçivəsində İsveçrə (8 sentyabr) və Belçika (11 sentyabr) ilə oyunlar gözləyir.


Digər xəbərlər

Xəbər xətti