"Səbail"in futbolçusu milliyə çağırıldı

18:22 25 Avqust 2018

“Səbail”in futbolçusu Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Sözügedən ölkənin yığma komandasının baş məşqçisi Aleksandr Spiridonun açıqladığı heyətdə “Səbail”in 25 yaşlı yarımmüdafiəçisinin də adı var.

 

Koçukdan başqa, Moldova yığmasına “Zirə”nin hücumçusu Aleksandr Dedov da dəvət alıb.

 

Qeyd edək ki, Moldova yığmasını qarşıda UEFA Millətlər Liqası çərçivəsində Lüksemburq (8 sentyabr) və Belarusla (11 sentyabr) oyunlar gözləyir.


Xəbər xətti