Millimiz “Prezident kuboku”na qələbə ilə başladı

00:37 26 Avqust 2018

Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, qırğızıstanlı həmyaşıdları ilə qarşılaşan U-17 3:0 hesablı qələbə qazanıb.  Yığmamızın qollarını Rauf Məhərrəmmov, Musa Qurbanlı və Veysəl Rzayev vurub.

 

Xatırladaq ki, U-17 sabah - avqustun 26-da Qazaxıstan yığması ilə qarşılaşacaq.


Xəbər xətti