"Fənərbaxça" Meksika millisinin üzvünü transfer etdi

10:33 26 Avqust 2018

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Super Liqa nəhəngi “Portu”nun müdafəçisi Dieqo Reyesi transfer edib. Meksika millisinin də şərəfini qoruyan 26 yaşlı futbolçu "Fənərbaxça"ya azad agent statusu ilə keçib. Lakin tərəflərin neçə illik müqavilə bağladığı açıqlanmır. Təcrübəli mərkəz müdafiəçisi yeni komandasında 23 nömrəli formanı geyinəcək.

 

Reyes 2013-cü ildən "Portu"da çıxış edirdi. O, vaxtilə İspaniyanın "Real Sosyedad" və "Espanyol" klublarında çıxış edib. Reyes 2011-ci ildən Meksika millisinə dəvət alır.


Xəbər xətti