Nazarovlu “Ersgebirge” "Köln"ə uduzdu

12:18 26 Avqust 2018

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Köln”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 78-ci dəqiqəsində meydana buraxılıb.

 

“Ersgebirge” hazırda 1 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.


Xəbər xətti