Qurban Qurbanov: "Futbolçularımın hər birinə güvənirəm"

23:37 26 Avqust 2018

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

 

- Hər iki komandanı təbrik edirəm. Bu oyuna son zamanların ən yaxşı dərbisi demək olar. Futbolçularımız sona qədər mübarizə apardılar, onlardan razı qaldım. Çoxlu qol epizodları oldu. Düşünürəm yaxşı oyun oldu.

 

- "Neftçi" ilk hissədə daha çox pressinq edirdi. İkinci hissə isə bunu görmədik. Rəqibin pressinqi sizə problem yaratdımı?

- Dəfələrlə demişəm ki, 90 dəqiqə pressinq etmək asan deyil. İkinci hissədə daha yaxşı oyun sərgilədik. Hər iki komandanın oyunundan razı qaldım.

 

- Miçel və Zubirin vəziyyəti necədi?

- Miçel 15 gün olmayacaq. Zubir əsas heyət oyunçumuzdu. Matça buraxmaqda ehtiyat etdim. Ümid edirəm ki, "Şerif"lə oyuna hazır olacaq.

 

- Jezniçak sanki rəqabətdə digər müdafiəçilərə uduzur. Bu onun oyununda zəifliklə əlaqədardırmı?

- 20 futbolçumuz var. Hər birinə güvənirəm. Bəzi oyunlarda Rəşad, bəzilərində Jezniçak oynayır. Uğur qazandığım futbolçuları pisləyə bilmərəm.

 

- Son dəqiqələrdə sanki daha aqresiv idiniz. Həyəcan var idimi?

- Nəticədən asılı olmayaraq, həmişə həyəcan olur. İşimiz asan deyil. Bu gün daha aktiv idim. Bir neçə dəfə meydana daxil olmuşdum. Normal hallardı bu.

 

- Filip Ozobiçi gələcək oyunlarda oyun qurucu kimi oynatmağı düşünürsünüzmü?

- Bu gün Ozobiç verilən tapşırıqları layiqincə yerinə yetirdi.


Xəbər xətti