Mladen Mlinkoviç: "Buraxdıqlarımız uşaq səhvləri idi"

02:20 27 Avqust 2018

“Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, serbiyalı mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

 

“Təbii ki, evdə uduzmaq bizim üçün yaxşı hal deyil. Səhvlərimiz oldu. Bu, yeniyetmə yox, peşəkar komandadı. Buraxdıqlarımız uşaq səhvləri idi. Hesabda 0:1 geri düşmək komanda üzvlərinə pis təsir etdi və çalışdılıar ki, bərabərliyə imza atsınlar. Ancaq bu zaman etdiyimiz səhvlər də çox oldu. İkinci hissənin əvvəlində buraxdığımız 2-ci qol bizi daha çətinə saldı. Düzdü, penaltidən vurduğumuz qol bizdə ümid yaratdı. Ancaq oyunun gedişatını xeyrimizə dəyişə bilmədik. "Səbail” çox ağıllı, sürətli futbol oynadı və səhvlərimizdən yaxşı yararlanması nəticəsində 3 xalı qazandı. Təbii ki, mənim üçün də, komanda üçün də yaxşı vəziyyət deyil. Ümid edirəm ki, milli komandanın oyunları ilə əlaqədar yaranmış uzunmüddətli fasilə daha yaxşı hazılaşmağımıza imkan yaradacaq və qələbələr qazanacağıq”.


Digər xəbərlər

Xəbər xətti