Dario Federiko: "Heyf ki, diqqətsizlikdən sonra qapımızda qol gördük"

12:13 27 Avqust 2018

“Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko klubun rəsmi saytına açıqlama verib.

 

Sportarnea.az xəbər verir ki, Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Qarabağ”la matçda məhsuldar ötürmə ilə yadda qalan futbolçu komandasının növbəti oyunlarda daha uğurlu nəticələr qazanacağına inandığını deyib:

 

"Hər oyunda komandaya faydalı olmağa çalışıram. Ötən oyunda qol vurdum. Bu gün isə məhsuldar ötürmə ilə komandanın xal qazanmağında pay sahibi olduğum üçün şadam. Heyf ki, müdafiədəki diqqətsizlikdən sonra qapımızda qol gördük. Bundan əlavə, hücumda qol epizodlarını sağa-sola xərclədik. Ona görə də sonda 1 xalla kifayətlənməli olduq. Bununla belə, "Qarabağ” kimi rəqiblə səfər oyunundan 1 xalla dönmək yaxşı nəticədi. İnanıram ki, növbəti oyunlarda da daha uğurlu nəticələr əldə edəcəyik”.


Digər xəbərlər

Xəbər xətti