Soni Mustivar: "İki xal itirdik"

14:36 27 Avqust 2018

“Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində qarşılaşdıqları “Qarabağ”la oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında itirilən xala görə təəssüfləndiyini bildirib:

 

"Qələbə qazana bilərdik, amma ani diqqətsizlik bizə baha başa gəldi. Nəticədə iki xal itirdik. Bu o demək deyil ki, "Qarabağ” zəif komandadı. Əksinə, güclü rəqibdi. Xal itirdiyimizə görə çox təəssüflənirəm. Əsas səbəb qol epizodlarından düzgün istifadə edə bilməməyimizdi”.

 

Mustivar Haiti millisindəki komanda yoldaşı,  "Qarabağ”ın futbolçusu Donald Gerryeyə qarşı oynamağın maraqlı olduğunu deyib:

 

"Soydaşım Donald Gerryeyə qarşı az da olsa, oynamaq maraqlı idi. Bu gün biz bir-birimizə qarşı oynayırdıq, amma bir neçə gündən sonra çiyin-çiyinə mübarizə apara bilərik. Ümid edirəm ki, Haiti milli komandasının baş məşqçisi start heyətində hər ikimizə şans verəcək”.


Xəbər xətti