"Borussiya" "Barselona"nın futbolçusunu transfer etdi

11:25 29 Avqust 2018

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa klubu İspaniya nəhəngi “Barselona”da çıxış edən Pako Alkaseri heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. İspaniyalı hücumçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.

 

Alkaser karyerası ərzində “Valensiya” və “Xetafe”də də çıxış edib. İspaniya yığmasının da şərəfini qoruyan futbolçu “Barselona”da 2016-cı ildən forma geyinir.


Xəbər xətti