"Qarabağ" - "Şerif" matçına nə qədər bilet satılıb?

15:51 29 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Şerif” (Moldova) oyununa bilet satışı davam edir.

 

Sportarena.az xəbər verir ki, avqustun 30-da keçiriləcək qarşılaşmaya artıq 13 min bilet satılıb. Bu barədə klubun "Facebook" səhifəsi məlumat yayıb.

 

“Qarabağ” - “Şerif” qarşılaşması aqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Ağdam klubu səfərdə keçirilən ilk oyunda 0:1  hesablı məğlub olub.


Digər xəbərlər

Xəbər xətti