Mateo Suşiç: "Qarabağ"da yeni futbolçular uyğunlaşa bilmir"

20:48 29 Avqust 2018

Moldovanın “Şerif” klubunun kapitanı Mateo Suşiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Moldova təmsilçisinin üzvü media nümayəndələri ilə görüşdə bunları deyib:

 

- Sabah bizi çətin oyun gözləyir. İlk oyundan sonra növbıti mərhələ üçün şanslarımız yüksəksdi. Sabah yaxşı nəticə əldə edib Avroliqada qruplara qalmaq istəyirik.

 

- Daha əvvəl də Bakıya gəlmişdiniz. Nələr dəyişib burada?

- "Qarabağ"da fərq hiss olunur. Yeni futbolçuları uyğunlaşa bilmir hələ. Dəyişməyən odu ki, onlar hələ də topla oynayır. Dəyişən yalnız futbolçulardı.

 

- "Qarabağ"ın heyətində fərqləndirdiyiniz futbolçu varmı?

- Biz sabah öz oyunumuzu göstərəcəyik. Fərdi olaraq heç bir futbolçunu qeyd etmək istəməzdim. Çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq.


Digər xəbərlər

Xəbər xətti