3-cü turun ən yaxşı oyunçusu kim oldu?

00:51 30 Avqust 2018

Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turun ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, “InStat Sport”un təhlilinə əsasən, başa çatan turun ən yüksək indeksə malik futbolçusu “Qarabağ”ın üzvü Simeon Slavçev seçilib.

 

Xatırladaq ki, “Qarabağ” 3-cü turda doğma meydanda “Neftçi” ilə heç-heçəyə razılaşıb - 1:1.


Xəbər xətti