"Qarabağ" Avroliqanın qrup mərhələsində! - YENİLƏNİB

22:50 30 Avqust 2018

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasında çıxışını başa vuran Azərbaycan çempionu "Qarabağ" da mübarizəni Avroliqada davam etdirir. Ağdam klubu bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Moldova “Şerif”i ilə mübarizə aparıb.

 

Komandamız səfərdə keçirdiyi ilk oyunda bu rəqibinə minimal hesabla uduzub. Bu üzdən də mərhələ adlamaq üçün Ağdam təmsilçisi bu görüşdə azı 2 top fərqi ilə qalib gəlməli idi. Təmsolçimiz cavab matçında rəqibini 3:0 hesabı ilə darmadağın edərək qrup mərhələsinə vəsuqə qazanıb.

 

Avropa Liqası: Pley-off mərhələsi, cavab oyunu

30 avqust

21:00 Qarabağ - Şerif 3:0 (ilk oyun 0:1

Qol: Maksim Medvedev, 8. Donald Gerye, 41. Flip Ozobiç, 55.
Hakimlər: Aleksandr Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (hamısı Makedoniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Xəbər xətti