Kosovo - Azərbaycan oyununun məkanı məlum oldu

14:40 30 Avqust 2018

UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda (D Divizionu) yer alan Kosovo millisinin ev oyunlarını harda keçirəcəyi məlum olub.

 

Sportarena.az xəbər verir ki, UEFA tərəfindən Kosovo yığmasına ev oyunlarını paytaxt Priştinadakı Fadil Vokkri stadionunda keçirməyə icazə verilib. Bu barədə Kosovo Futbol Federasiyasının rəsmi saytı məlumat verib. Stadionun yenidən təmir olunmasından sonra bütün tələblərə cavab verdiyi açıqlanıb.

 

Kosovo ilk ev oyununu sentyabrın 10-da Farer adaları millisi ilə keçirəcək. Evdəki növbəti oyun isə oktyabrın 11-də Malta yığması ilə olacaq. Noyabrın 20-də isə Azərbaycan yığması Fadil Vokkri stadionunda meydana çıxacaq.

 

Kosovo Futbol Federasiyasının mərhum prezidenti Fadil Vokkrinin adını daşıyan stadion 1953-cü ildə tikilib. Arena 13500 tamaşaçı tutumuna malikdir.


Xəbər xətti