Almeydalı "Astana"nın rəqibləri məlum oldu

15:58 31 Avqust 2018

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” klubunun da rəqibləri məlum olub. K qrupunda yer alacaq “Astana”, Kiyev “Dinamo”su, “Renn” (Fransa) və “Yablonets” (Çexiya) ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, “Astana”nın baş məşqçisi “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukdur.


Xəbər xətti