Renat Dadaşovun komandasından darmadağın

10:15 2 Sentyabr 2018

Futbol üzrə Portuqaliya Sequndasında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Kova Piedade” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.

 

Dadaşov bu oyunun iştrakçısı olmayıb. Əvvəlki turlarda qırmızı vərəqə alaraq meydandan qovulan millimizin forvardı bu dəfə də məcburi istirahət etməli olub.

 

“Eştoril” 4 turdan sonra 9 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti