Rüfət oynadı, komandası uduzdu

13:41 2 Sentyabr 2018

Futbol üzrə Almaniya 3-cü Liqasında 6-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. Futbolçumuzun komandası doğma meydanda “Uerdingen”lə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

 

Dadaşovun komandası 6 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti