Ronaldodan antirekord

17:16 2 Sentyabr 2018

“Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İtaliya A Seriyasının üç oyununda rəqib qapılarına 23 zərbə endirsə də, bunlardan heç biri qola çevrilməyib.

 

Sportarena.az xəbər verir ki, Ronaldonun bu göstəricisi Avropada ən pis nəticədir. Qeyri-dəqiq zərbələrdə ikinci yeri “Nant”ın yarımmüdafiəçisi Valenten Ronjye tutur. Onun endirdiyi 15 zərbənin heç biri qolla nəticələnməyib. Sonrakı yerlərdə “Kristal Pelas”dan Kristian Benteke (13), “Monpelye”dən Endi Delor (12) və “Lion”dan Nabil Fekir qərarlaşıblar.

 

Qeyd edək ki, Ronaldo “Yuventus”a “Real”dan 112 milyon avro qarışılığında transfer olunub.


Digər xəbərlər

Xəbər xətti