Vüqar oynadı, komandası qələbə qazandı

10:15 3 Sentyabr 2018

Futbol üzrə Latviya Birinci Liqasında 12-ci turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Super Nova” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

 

Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda fərqlənə bilməyib. Millimizin sabiq forvardı cari mövsümdə 22 qola imza atıb. “Dauqavpils” isə keçirdiyi 15 oyundan sonra 37 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.


Xəbər xətti