Millimiz Belarusa getdi

11:39 4 Sentyabr 2018

Qadınlardan ibarət yığmamız bu gün - sentyabrın 4-də Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışına başlayacaq.

 

Sportarena.az xəbər verir ki, 10 gün davam edəcək hazırlıq prosesində baş məşqçi Aslan Ağayev və Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edəcək.

 

Toplanış başa çatdıqdan sonra millimiz sentyabrın 14-16-da Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

 

Görüşlərin idarə edilməsində ölkəmizi İ-S kateqoriyalı hakim İntiqam Alıyev təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti