"Qəbələ"nin Gənclər Liqasındakı rəqibləri müəyyənləşir

12:49 4 Sentyabr 2018

Bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılacaq.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada "Qəbələ”nin də rəqibləri məlum olacaq. Mərasimə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.


“Qırmızı-qaralar”ın potensial rəqiblərinin sayı 7-dir: "Herta" (Berlin, Almaniya), "Siqma" (Çexiya), PAOK (Yunanıstan), "Lex" (Poznan, Çexiya), AEL (Limassol, Kipr), "Maribor" (Sloveniya), "Şerif" (Tiraspol, Moldova).

 

İlk mərhələnin oyunları 3-24 oktyabrda, 2-ci mərhələnin görüşləri isə 7-28 noyabrda keçiriləcək. 

 

"Qəbələ” UEFA Gənclər Liqasında ikinci dəfə çıxış edəcək. “Qırmızı-qaralar” 2016/2017 mövsümündə də turnirdə iştirak etmişdi və 1-ci mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandasına uduzmuşdu - 0:2, 0:5.


Xəbər xətti