"Keşlə"də gözlənilməz ayrılıq

14:18 4 Sentyabr 2018

“Keşlə” legioner futbolçularından biri ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, söhbət rumıniyalı müdafiəçi Adrian Skarlatakedən gedir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb:

 

Keşlə” FK-nın rəhbərliyi ilə Adrian Skarlatake arasında qarşılıqlı razılışma əsasında müqaviləyə xitam verilmişdir. Klub rumıniyalı futbolçuya gələcək karyerasında uğurlar arzulayır”.

 

“Keşlə” Azərbaycan Premyer Liqasının 3-cü turundan sonra 1 xalla 7-ci sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti