Gənclər Liqasının püşkü atıldı

17:23 4 Sentyabr 2018

UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə təmsilçimiz  "Qəbələ”nin də rəqibi müəyyənləşib. "Qırmızı-qaralar” 1-ci mərhələdə Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq. İlk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək.

 

Bu cütüb qalibi 2-ci mərhələdə "Herta” (Almaniya) - "Lex” (Polşa) cütünün güclüsü ilə üz-üzə gələcək. 

 

Xatırladaq ki, "Qəbələ” ikinci dəfə Gənclər Liqasında çıxış edəcək. 2016/2017 mövsümündə də turnirdə iştirak edən bölgə təmsilçisi 1-ci mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5.


Xəbər xətti