Rüfət Dadaşovdan dubl

16:59 6 Sentyabr 2018

Dünən Vestfaliya Kubokunun ikinci turunun "Bryunninqhauzen" klubu ilə oyununda (4:0) dubl edən "Proyssen"in hücumçusu Rüfət Dadaşov zədələnib.

 

Sportarena.az xəbər verir ki, bu gün tibbi müayinədən keçən azərbaycanlı futbolçunun zədəsinin elə də ciddi olmadığı məlum olub. Onun təxminən 2 gün komandadan ayrı qalacağı gözlənilir.

 

Qeyd edək ki, Rüfət komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan matçın 32 və 45-ci dəqiqələrində fərqlənib.


Xəbər xətti