Qara Qarayev: "İdman şansı yanımızda olsa, qələbə qazana bilərik”

18:32 6 Sentyabr 2018

“Bu turnir fərqlidir. Çünki sonluq bizim üçün faydalı ola bilər. Rəqibin hansı potensiala malik olduğunu bilirik. İdman şansı yanımızda olsa, qələbə qazana bilərik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin üzvü Qara Qarayev Millətlər Liqasında Kosovo ilə oyunöncəsi mətbuat konfransında söyləyib. Yarımmüdafiəçi motivasiyalı olduqlarını deyib: "Turnir bizim üçün xüsusidir. Bu tam fərqli həyəcandır. ÇL və AL-da oynamışıq. Amma bu, fərqli turnirdir. Gözləyirdik ki, bu turnir yetişsin. Komanda olaraq, məqsədimiz eynidir. Bizdən nəticə gözləyirlər. Bu da bizə motivasiya verir".

 

Qara Qarayev "Qarabağ" - "Şerif" matçından sonra səsləndirdiyi fikirlərə qayıdıb. O, azarkeşlərə ismarıc göndərmədiyini bildirib: “Bəlkə də, müsahibəm düzgün yozulmayıb. Azarkeşlərə ismarıc göndərməmişəm, onlardan dəstək istəmişəm. Onlar doğma meydanda bizə çox kömək edirlər. İnanıram ki, sabah da meydanda olacaqlar”.


Xəbər xətti