Millimizə yad olmayan Dabanoviç

15:58 7 Sentyabr 2018

Millətlər Liqasında millimizin Malta ilə səfər matçını idarə edəcək Nikola Dabanoviç karyerası ərzində 3-cü dəfədi ki, yığmamızın oyununa təyinat alır.

 

Sportarena.az xəbər verir ki, monteneqrolu fit sahibi 2015-ci ildə 19 yaşlılardan ibarət yığmamızın fransalı həmyaşıdları ilə elit raunddakı görüşünü idarə edib.

 

Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada 36 yaşlı ədalət təmsilçisi rəqibin 2, millimizin 1 futbolçusuna sarı vərəqə göstərmişdi.

 

Dabanoviç DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan – San Marino matçını idarə etmişdi. Ötən ilin sentybarın 4-də baş tutan qarşılaşmada yığmamız 5:1 hesablı qələbə qazanmışdı.


Xəbər xətti