Mahmudov millimizdən ayrıldı

17:04 7 Sentyabr 2018

21 yaşadək futboçulardan ibarət Azərbaycan yığmasının üzvü Murad Mahmudov komandadan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, Almaniyanın "Ayntraxt" klubundan “Frankfurt”a keçən futbolçu yeni komandasında möhkəmlənmək üçün yığmanın toplanışından erkən dönmək istəyi ilə bağlı baş məşqçiyə müraciət edib.

 

Yığma komandanın rəhbərliyi futbolçunun klub karyerasını nəzərə alaraq, müraciətinə müsbət yanaşıb və toplanışı erkən tərk edərək Almaniyaya yollanmasına icazə verib.

 

U-21 millimizin baş məşqçisi Rəşad Sadıqovdu.

 

Komandamız dünən AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Bakıda İsrail yığması ilə qarşılaşıb - 1:1.


Xəbər xətti