“El-Klassiko”nun vaxtı müəyyənləşdi

18:26 7 Sentyabr 2018

İspaniya La Liqasında 2018/2019 mövsümünün ilk “El-Klassiko”sunun vaxtı məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas yerli mətbuata məlumat verib.

 

La Liqanın 10-cu turunda “Barselona” doğma meydanda “Real”ı qəbul edəcək. Oktyabrın 28-də keçiriləcək matç Bakı vaxtı ilə  saat 19:15-də başlayacaq. 

 

Qeyd edək ki, La Liqada 3 turdan sonra "Barselona" və "Real" hərəyə 9 xalla müvafiq olaraq 1-ci və 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti