Kosovo millisinin baş məşqçisi: "Bizim üçün 1 xal da 1 xaldı"

22:22 7 Sentyabr 2018

Millətlər Liqasının ilk turu çərçivəsində Millimiz Kosovo yığması ilə bərabərliyə razılaşıb. (0:0)

 

Sportarena.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi  Bernard Şalland  jurnalistlərin sualların cavablandırıb.

 

Baş məşqçi ilk öncə oyunla bağlı fikirlərin bildirib:

 

- Mən oyunun nəticəsindən narazı deyiləm. İki fərqli komanda oynuyurdu. Bizə bu gün müdafiə olunmaq çox vacib idi. Azərbaycanın Almeyda kimi güclü oyunçusu var, bizə müdafiə xəttimizdə problemlər yaradırdı. Mən hücum xəttimizdən razı deyiləm. Topu çox gecikdirirdik. Ancaq bilirəm ki , bundan daha yaxşı çıxış edə bilərik.

- Bu rəsmi oyundan çox yoldaşlıq oyunununa bənzəyirdi. Bunu nə ilə əlaqələndirirsiz?

-Fikirlərinizlə razı deyiləm. Mənim üçün yoldaşlıq görüşünə bənzəmirdi. Belə desək, hər iki komandaya qarşı hörmətsizlik olardı.

 

- Kosovo son 3 oyundan daha yaxşı oynadı. Müdafiəyə daha çox fikir verirdi. Sanki bura 1 xal üçün gəlmişdiz.

- Doğru qeyd edirsiz. Qısa sürətli ötürmələrlə oynaya bilirdik, amma rəqib bizə çətinliklər yaradırdı.

 

- Azərbaycan millisini favorit adlandırırdız. Sanki qazandığınız 1 xaldan narazısız.

-  Mən yenə dediyimdə qalıram ki, Azərbaycan çox güclü komandadır. Məncə,  Azərbaycanın hücumları daha kəskin alınırdı. Amma bizim üçün 1 xal da 1 xaldı. 


Digər xəbərlər

Xəbər xətti