Qrizmann: "Karyeramı ABŞ-da bitirmək istəyirəm"

17:46 8 Sentyabr 2018

"Atletiko"nun futbolçusu Antuan Qrizmann gələcəkdə Devid Bekhemin sahibi olduğu "İnter Mayami"də oynamaq istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə fransalı yarımmüdafiəçi özü bildirib.  O deyib ki, D.Bekhem istəyəcəyi təqdirdə, MLS liqası təmsilçisində oynaya bilər: "Karyeramı ABŞ-da bitirmək istəyirəm. Bekhem istəsə, gələcəkdə "İnter Mayami"də oynaya bilərəm".

 

Qeyd edək ki, İngiltərə millisinin sabiq oyunçusu Devid Bekhemin yeni yaratdığı "İnter Mayami" ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti