Fransa millisində oynamaqdan imtina etdi

18:25 8 Sentyabr 2018

Fransa millisinin üzvü Coffre Kondoqbia futbol vətəndaşlığını dəyişmək qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, hazırda “Valensiya”da çıxış edən 25 yaşlı yarımmüdafiəçi bundan sonra Cənubi Afrika Respublikası yığmasının formasını geyinəcək. CAR əsilli futbolçu bunun üçün artıq FİFA-dan icazə alıb.

 

Qeyd edək ki, 2013-cü ildə Fransanın gənclər millisi ilə dünya çempionu olan Kondoqbia əsas yığmada 5 yoldaşlıq oyunu keçirib.


Digər xəbərlər

Xəbər xətti